Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı.

Lit. With friends, one is well. / But at home, one is better. / Cf. East or West, home is best. / There is no place like home. В гостях хорошо, а дома лучше. / Всякому мила своя сторона. / Своя земля и в горсти мила. / Ср. За морем веселье да чужое, а у нас и горе, да своё. / Ищи добра на стороне, а дом люби по старине.
gəzmək (eşqbazlıq etmək)
gic
OBASTAN VİKİ
Ölkə
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir. Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.
Yaxşı
Yaxşı — müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan, bəyənilən. Və yaxud da razılıq əlaməti olaraq verilən cavab.
Aşıq Qərib
Aşıq Qərib (XVI əsr – XVII əsr) — aşıq, şair == Həyatı == Aşıq Qəribin həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir. Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəriblə evlənmək üçün küllü miqdarda mal-dövlət istəyirlər.
Balacayev Qərib
Qafar Qərib
Qafar Qərib 1 mart 1976-cı il; Güznüt, Naxçıvan MSSR — şair, publisist, "Nuh Yurdu" qəzetinin redaktoru. 1999-cu ildən Yazıçılar Birliyinin Üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb. 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub. Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülmüşdür. 2009-cu ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktorudur. 2015-ci ildə "Tərəqqi medalı" ilə təltif olunub.
Qərib Balacayev
Qərib Baxşəliyev
Qərib Calalov
Calalov Qərib İsaq oğlu — texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri. Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur. 1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.
Qərib Dadaşov
Qərib Kərimoğlu
Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü. Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda doğulmuşdur. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır. Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur. Qərib Kərimoğlu 9 oktyabr 1926-cı ildə qəflətən vəfat etmişdir. 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir.
Qərib Mehdiyev
Qərib Mehdiyev (Qərib Qasım oğlu Mehdiyev; 21 iyun 1936, Mirzəbəyli, Qutqaşen rayonu) — nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1976). Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir. Qərib Mehdiyev 1955-1957-ci illərdə Gəncə şəhər rabitə idarəsində poçtalyon, 1957-1959-cu illərdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, həmçinin 1959-1965-ci illərdə Gəncə şəhər dəmir-beton məmulatı zavodunda bənna suvaqçı, betonçu, armaturçu və qaynaqçı peşələrində də çalışmışdır. Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965-1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olmuşdur. O, Gəncə rayon deputatları sovetinə seçilmişdir. Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir. Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlamışdır.
Qərib Mürşüdov
Qərib Novruz oğlu Mürşüdov (19 dekabr 1962, Dəllər Cəyir, Şamxor rayonu) — Böyük Britaniyanın York Universitetinin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi. Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmiş, ilyarımlıq hazırlıqdan sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilmişdir. O, 1987–1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildə "Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu " mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Q. Mürşüdov 1993–2011-ci illlərdə Böyük Britaniyanin York Universitetinde işləmişdir. 2011-ci ildən MRC Molekulyar Biologiya tədqiqat institunda, Kembricdə qrup rəhbəri kimi çalışır. 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib Qərib Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir.
Qərib Məmmədov
Qərib Şamil oğlu Məmmədov (6 yanvar 1947, Yeniyol, Amasiya rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), biologiya üzrə elmlər doktoru (1991), professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2002), AMEA-nın Aqrar məsələlər üzrə müşaviri (2016), BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir (2004). Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Atası Şamil Mamoy oğlu Məmmədov, anası Məsmə Rəcəb qızı Məmmədovadır. Qərib Məmmədov 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 1966-cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur. 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972–1980), baş elmi işçi(1980–1984), laboratoriya rəhbəri(1984–1994), institutun direktoru (1994–2000) vəzifələrində işləmişdir. 1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş və professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir.
Qərib piri
Qərib piri — Kəngərli rayonunun Qabıllı kəndində ziyarətgah. Möhrədən tikilmiş dördkünc formalı binadan ibarətdir. Hazırda yarımuçuq vəziyyətdədir. Divarlarında şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Divarların bəzi qisimləri hislənmişdir. Ətrafından orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən piri XIV–XVI əsrlərə aid etmək olar.
Qərib İbrahimov
Qərib Eldəniz oğlu İbrahimov (11 sentyabr 1988-ci ildə Tovuzda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. Qərib İbrahimov hələ uşaq yaşlarından doğma şəhəri Tovuz şəhərində futbolla məşğul olmağa başlamışdır. Qərib İbrahimov Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasına Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakılı klubunda başlamışdır. Qərib 2008-ci ildən bu klubda çıxış etmişdir. 2013-cü ilin may ayında Qərib İbrahimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubu ilə bir illik müqavilə imzalamışdır. Qərib pilotların tərkibində №8 forma ilə çıxış etmişdir. 2010/11-ci illər mövsümündə Simurq klubunun tərkibində 29 oyunda iştirak etmişdir. O, həmin mövsümdə klubda ən çox oyuna çıxan futbolçu olmuşdur.
Rahib Qərib
Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; 3 may 1967, Dağ Üzü, Yardımlı rayonu) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor. Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur.
Ələkbər Qərib
Ələkbər Qərib (Naxçıvan – Naxçıvan) — Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu. Abbasov Ələkbər Tağı oğlu ("Seminaristlərin siyahısı" arxiv sənədində onun 1909-cu ildə seminariyaya daxil olduğu 1913-cü ildə qurtardığı göstərilir). Abbasov Ələkbər (Ələkbər Qərib) 1893–1894-cü il xırda sənətkarlıqla məşğul olan, formasyon təriqətinin fəal üzvlərindən olan Kərbəlayi Tağının ailəsində dünyaya gəlmişdir. Məmmədhüseyn və Rza Təhmasiblə, Nəsrulla Şeyxovla yaxın qohumluqları olmuşdur. M.T.Sidqinin "Tərbiyə" məktəbində təhsil almışdır. 1913-cü ildə seminariyanı bitirtdikdən sonra o bir müddət Tiflisdə, Bakıda yaradıcılıqla məşğul olmuş hekayə və povestlər yazmış, rus dilindən tərcümələr etmişdir. Onun 1912-ci ildə, hələ tələbə ikən yazdığı "Qəlbimin sultanı" povesti və 1914-cü ildə yazdığı "Haqq divanı" hekayələr kitabı Bakıda "Orucov qardaşları" mətbəəsində çap edilmişdir. 1913-cü ildə N.M.Karamzinin "Bədbəxt Liza" povestini ruscadan azərbaycancaya tərcümə etmişdir. 1915–1916-cı illərdə Doktor Xosrov bəy Sultanovun rəhbərliyi altında "Cəmiyyəti xeyriyyə" xətti ilə Ərdəhan, Batum və başqa şəhərlərdə olaraq türk qaçqınlarına, "Hərb-zədə"lərinə yardım hərəkatında iştirak etmişdir. Bu hərəkatda Hüseyn Cavid, Əhməd Cavad, Əli Səbri və başqa ziyalılarla birlikdə səfərbəredici, əməli işlər görülmüşdür.
Ölməyə vaxt yoxdur
Ölməyə vaxt yoxdur (ing. No Time to Die) — Kori Coci Fukunaqanın rejissorluğu ilə 2021-ci ildə çəkilmiş cəsus filmi. Ceyms Bond film seriyasının iyirmi beşinci filmidir. Bu Deniel Kreyqin baş rolda oynadığı sonuncu Ceyms Bond filmidir. Filmdə Ceyms Bond MI6-dakı işindən təqaüdə çıxır. Lakin sonra CIA girov götürülmüş bir alimin xilas edilməsi üçün ondan kömək istəyir. Bu missiya Bondu qisas almaq istəyən təhlükəli düşmənlə qarşıdurmaya aparır. Bu düşmənin milyonlarla insanın ölümünə səbəb ola biləcək güclü silahı var. Bond bu təhlükəni dayandırmaq və dünyanı xilas etmək üçün bacarıqlarından istifadə etməlidir. 007.com/no-time-to-die/ — Ölməyə vaxt yoxdur rəsmi saytı 007.com/the-films/no-time-to-die/ — No Time to Die rəsmi saytı at James Bond official website mgmstudios.com/007-no-time-to-die/ — No Time to Die rəsmi saytı at Metro-Goldwyn-Mayer official website mgm.com/movies/no-time-to-die — No Time to Die rəsmi saytı at MGM official website Ölməyə vaxt yoxdur — Internet Movie Database saytında.
Dağlıq ölkə
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Sosialist ölkə
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Virtual ölkə
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Ölkə paytaxtları
Kursivlə yazılmış ölkələr asılı ərazilərdir.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Yaxşı Cazibə
Yaxşı Cazibə (türk. Yahşi Cazibe) — Süreç Film kinoşirkətinin istehsalı olan və Türkiyənin ATV kanalında yayımlanan televiziya serialı.
Yaxşı Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. Seçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır. Müsavat Dərvişoğlu və Koray Aydın 8 aprel 2024 tarixində sədrliyə namizədliklərini açıqladılar. Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi" namizəd olaraq anılsa da, o bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir.